Tovuzda 53 yaşlı qadın bıçaqlanıb

Tovuzda 53 yaşlı qadın bıçaqlanıb
# 10 fevral 2016 21:41 (UTC +04:00)

Tovuz. Azər Məmmədli – APA. Tovuzda kafedə işləyən qadın döyülüb sonra isə bıçaqlanıb.

APA-nın qərb bürosunun verdiyi məlumata görə, rayonun Bozalqanlı kənd sakini, 1963- cü il təvəllüdlü Sevda Həsənova üz nahiyəsinin əzilməsi və sol qabırğaaltı nahiyənin kəsilmiş deşilmiş yarası xəsarəti ilə xəstəxanaya yerləşdirilib.

Dərhal əməliyyat edilən qadının vəziyyəti orta ağır qiymətləndirilir. Məlumata görə ,rayonun Aşağı Əyyublu kəndində kafedə işləyən S. Həsənova orada olan müştərilərdən biri tərəfindən döyülərək bıçaqlanıb.

Faktla bağlı Tovuz rayon Polis Şöbəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR