Göyçayda iki avtomobil toqquşub, 3 nəfər ağır xəsarət alıb - FOTO - VİDEO

Göyçayda iki avtomobil toqquşub, 3 nəfər ağır xəsarət alıb - <span style="color: red;">FOTO  - <span style="color: red;">VİDEO
# 26 oktyabr 2015 08:30 (UTC +04:00)

Göyçay. Elvin Yaqubov - APA. Göyçay rayonunda 3 nəfərin xəsarəti alması ilə nəticələnən avtomobil qəzası baş verib. APA-nın yerli bürosunun xəbərinə görə, hadisə bu gün səhər saat 8:30 radələrində Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Göyçay şəhəri ərazisindən keçən hissəsində qeydə alınıb. 23-BX-428 dövlət nömrə nişanlı, “VAZ 21099” dövlət nömrə nişanlı minik avtomobili qarşı tərəfdən gələn 23-BJ-526 dövlət nömrə nişanlı, “VAZ 2106” markalı minik avtomobili ilə toqquşub.

Hadisə zamanı Göyçayın Ləkçiplaq kənd sakini, 1941-ci il təvəllüdlü İsmayılov Arif Məhəmməd oğlu, Şıxbəy kənd sakini, 1977-ci il təvəllüdlü Zalov Taleh Fazil oğlu və Ərəb kənd sakini, 1994-cü il təvəllüdlü Xəlilov Asif Asim oğlu müxtəlif dərəcəli bədən xəsarətləri ilə Göyçay Mərkəzi rayon Xəstəxanasına yerləşdirilib. Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR