Azərbaycan - Aİ Ticarət, iqtisadi və əlaqədar hüquqi məsələlər üzrə alt komitənin iclası keçirilib

Azərbaycan - Aİ Ticarət, iqtisadi və əlaqədar hüquqi məsələlər üzrə alt komitənin iclası keçirilib
# 28 sentyabr 2016 13:54 (UTC +04:00)

Bakı - APA-Economics. Bakıda Azərbaycan ilə Avropa İttifaqı Ticarət, iqtisadi və əlaqədar hüquqi məsələlər üzrə alt komitənin 14-cü iclası keçirilib.

İqtisadiyyat Nazirliyindən "APA-Economics"ə verilən məlumata görə, Azərbaycanın müvafiq dövlət qurumlarının və Avropa İttifaqının nümayəndələrinin iştirak etdiyi iclasda mövcud iqtisadi, eləcə də ticarət və investisiya əlaqələrinə dair fikir mübadiləsi aparılıb.

İclasda həmçinin, Azərbaycan iqtisadiyyatı və onun prioritet istiqamətləri, iqtisadiyyatın şaxələndərilməsi, eləcə də son zamanlar iqtisadi sahədə həyata keçirilən kompleks islahatlar barədə məlumat verilib, suallar cavablandırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR