TAP: "Snam" şirkətinin layihəyə cəlb olunması strateji əməkdaşlığı möhkəmləndirəcək

TAP: "Snam" şirkətinin layihəyə cəlb olunması strateji əməkdaşlığı möhkəmləndirəcək
# 01 dekabr 2015 14:31 (UTC +04:00)

"APA-Economics"in Trans-Adriatik boru kəməri (TAP) konsorsiumun icraçı direktoru Yan Bredşou bildirib.

Onun sözlərinə görə, "Snam" şirkətinin TAP-a cəlb olunması strateji əməkdaşlığı möhkəmləndirəcək.

Xatırladaq ki, Norveçin “Statoil” şirkəti “Trans-Adriatik” boru kəməri (TAP) layihəsindəki payını da satmaq qərarına gəlib. Şirkət TAP-dakı 20%-lik payını İtaliyanın “Snam” şirkətinə satmağa razılaşıb. Alqı-satqı əməliyyatlarının ümumi məbləği 208 mln. avro təşkil edir. Müqavilənin 2015-ci ilin sonuna kimi imzalanması nəzərdə tutulub.

Qeyd edək ki, TAP layihəsində BP (20%), SOCAR (20%), "Statoil" (20%), "Fluxys" (19%), "Enagas" (16%) və "Axpo" (5%) şirkətləri paya malikdirlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR