Balakən sakinlərindən partladıcı qurğu və silah götürülüb

Balakən sakinlərindən partladıcı qurğu və silah götürülüb
# 27 iyul 2016 09:55 (UTC +04:00)

Bakı. Hafiz Heydərov – APA. Balakən sakinlərin partladıcı qurğu və silah götürülüb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Balakən Rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Mahamalar kəndində yaşayan Şəmkir rayon sakini Natiq Alıyevin evinə baxış zamanı “PZU-5M” markalı partladıcı qurğu (generator), Qaysa kənd sakini Məhəmməd Gəncəyevdən isə müvafiq sənədləri olmayan yivsiz ov tüfəngi aşkarlanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR