Oqtay Əsədov Gürcüstanın ilk respublikasının 100 illiyi tədbirlərinə qatılıb

 Oqtay Əsədov Gürcüstanın ilk respublikasının 100 illiyi tədbirlərinə qatılıb
# 26 may 2018 16:10 (UTC +04:00)

Milli Məclisin sədri Oqtay Əsədov Tbilisidə Gürcüstanın müstəqillik günü və ilk respublikanın yaranmasının 100 illiyi ilə əlaqədar keçirilmiş tədbirlərdə iştirak edib.

APA-nın Gürcüstan bürosunun məlumatına görə, O. Əsədov öncə Azadlıq meydanında rəsmi tədbirə qatılıb.

Parlament sədri daha sonra Gürcüstan parlamentində keçirilmiş “İnkişaf üçün əməkdaşlıq – gələcək 100 il üçün strategiya” mövzusunda dəyirmi masada və Gürcüstanın müstəqillik aktının qəbul olunduğu binada 100 il öncə baş vermiş hadisələrin səhnələşdirilmiş versiyasının nümayiş etdirildiyi tədbirdə iştirak edib.

Tədbirlərdə Gürcüstan prezidenti Giorgi Marqvelaşvili, baş nazir Giorgi Kvirikaşvili, parlament sədri İrakli Kobaxidze, Polşa, Litva, Latviya, Finlandiya, Slovakiya və Ermənistan prezidentləri, Avropa Komissiyasının prezidenti Jan-Klod Yunker, 20-yə yaxın ölkəni təmsil edən yüksək səviyyəli rəsmi şəxslər iştirak edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR