Paşha Bank
Bank Of Baku

118 uşaq sosial reabilitasiyaya cəlb olunub

Vüqar Behbudov

© APA | Vüqar Behbudov

# 01 fevral 2022 11:16 (UTC +04:00)

Bakı şəhəri üzrə ümumilikdə 158 nəfər sağlamlıq imkanları məhdud 0-6 yaş arası uşaqla ilkin qiymətləndirmə aparılıb, onlardan 118 nəfər uşaq səyyar sosial reabilitasiyaya cəlb olunub.

APA xəbər verir ki, bunu Sosial Xidmətlər Agentliyinin sədri Vüqar Behbudov ötən ilin yekunları və 2022-ci ildə qarşıda duran hədəflərə həsr olunan mətbuat konfransında deyib.

Onun sözlərinə görə, sosial reabilitasiyaya cəlb olunan uşaqlardan 108 nəfərlə pedaqoji, 97 nəfərlə loqopedik, 64 uşaq və ailəsi ilə psixoloji iş aparılıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR