Baş nazir: "Putinlə Yaponiya və Rusiya arasında sülh müqaviləsini imzalamağa qərar verdik"

Baş nazir: "Putinlə Yaponiya və Rusiya arasında sülh müqaviləsini imzalamağa  qərar verdik"
# 07 sentyabr 2017 13:46 (UTC +04:00)

"Rusiya-Yaponiya münasibətlərində ən başlıcası sülh müqaviləsinin imzalanmasıdır".

APA-nın Rusiya bürosunun məlumatına görə, bunu Yaponiyanın baş naziri Sindzo Abe Vladivostokda keçirilən Şərq İqtisadi Forumundakı çıxışında bildirib. O, Rusiya prezidenti Vladimir Putinlə Rusiya və Yaponiya arasında sülh müqaviləsinin imzalayacaqlarına dair razılığa gəldiklərini deyib: "Bu dəfə qərara gəldik ki, məhz öz əllərimizlə sülh müqaviləsini imzalayaq".

Qeyd edək ki, Rusiya və Yaponiya II Dünya müharibəsinin sonunda 4 ada ilə bağlı anlaşılmazlığa son qoyacaq rəsmi sülh sazişini imzalamayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR