Zamiq Hüseynov Opera və Balet Teatrında konsert proqramı ilə çıxış edəcək

Zamiq Hüseynov Opera və Balet Teatrında konsert proqramı ilə çıxış edəcək
# 20 oktyabr 2017 09:50 (UTC +04:00)

Müğənni Zamiq Hüseynov noyabrın 20-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında canlı konsert proqramı ilə çıxış edəcək.

APA-nın məlumatına görə, “Kaman” adlanan konsertdə Zamiq öz ifasında populyarlıq qazanan mahnıları ilə yanaşı, görkəmli bəstəkarlar Tofiq Quliyev, Emin Sabitoğlu, Rauf Hacıyev, Cahangir Cahangirov və digər bəstəkarların unudulmaz mahnılarını ifa edəcək.

Müğənnini Azərbaycan Televiziya və Radiosunun Niyazi adına Simfonik Orkestri müşayiət edəcək.

Konsertin informasiya dəstəkçiləri APA, APA.TV, Lent.azVesti.az-dır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR