Nazir müavini: “Gürcüstan Azərbaycanın vergilər sahəsində təcrübəsinə maraq göstərir”

Nazir müavini: “Gürcüstan Azərbaycanın vergilər sahəsində təcrübəsinə maraq göstərir”
# 17 iyul 2018 12:43 (UTC +04:00)

“Gürcüstan Azərbaycanla vergilər sahəsində əməkdaşlığın daha da inkişaf etdirilməsində maraqlıdır”.

APA-nın yerli bürosunun məlumatına görə, bunu Azərbaycanın vergilər nazirinin müavini Sahib Ələkbərov Tbilisidə jurnalistlərə açıqlamasında deyib.

Nazir müavini Gürcüstanın yeni maliyyə naziri İvane Maçavariani ilə görüşdüyünü bildirib: “Görüş zamanı İvane Maçavariani Gürcüstanın Azərbaycanla vergilər sahəsində əməkdaşlığın inkişafında maraqlı olduğunu vurğulayıb. Gürcüstanın vergilər sahəsində bir sıra maraqlı təcrübələri var. Azərbaycanın vergi orqanlarının fəaliyyəti Gürcüstan üçün də maraqlıdır. İki ölkə arasında vergilər sahəsində daima məlumat mübadiləsi həyata keçirilir və ikitərəfli münasibətlərdə sıx əməkdaşlıq mövcuddur”.

S. Ələkbərov qeyd edib ki, Azərbaycan və Gürcüstan arasında vergi orqanları arasında əməkdaşlıq gələcəkdə daha da gücləndiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR