Şimali Kiprdən olan şəhid oğlu: “Qısa zamanda Şuşada bu qədər işlərin görülməsi qürurvericidir”

Şimali Kiprdən olan şəhid oğlu: “Qısa zamanda Şuşada bu qədər işlərin görülməsi qürurvericidir”
# 23 may 2024 14:50 (UTC +04:00)

"Qarabağda olduğu kimi Kiprdə də qətliamlar törədilib. Uşaqlar öldürülüb, qadınları, yaşlıları yandırıblar. Burada ermənilərin törətdiklərinin eynisi ilə biz də qarşılaşmışıq".

Bunu APA-ya açıqlamasında Şimali Kipr Türk Respublikasının şəhid ailələrindən və ictimai xadimlərindən ibarət nümayəndə heyətinin Qarabağa səfəri çərçivəsində şəhid oğlu Mehmet Tanol deyib.

Bildirib ki, Azərbaycandakı Vətən müharibəsini Kiprdə televiziya kanallarında izləyiblər: "Mənə Şuşa haqqında danışıblar. Şuşa haqqında, burada gedən döyüşlər barədə eşitdikdən sonra buraya gəldiyimə görə qürur duyuram. Çox həyəcanlıyam. Şuşa çox gözəl, sakit, hüzurlu bir yerdir. Şuşada gəzərkən erməni vəhşiliklərinin izlərini gördüm. Biz bunun eynisini Kiprdə yaşamışıq. Rumlar da orada qətliamlar törədiblər. Uşaqları öldürüblər, qadınları, yaşlıları yandırıblar. Burda da ermənilər eynisini ediblər”.

O, Şuşada aparılan tikinti işləri barədə danışaraq bunu müsbət dəyərləndirib: “Bütün bunları görəndə çox təəccübləndim. Bu qədər qısa bir zamanda yeni yolların, yeni binaların tikilməsi çox gözəldir, qürurvericidir".

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR