Azərbaycan və Ümumdünya Əqli Mülkiyyət Təşkilatı arasında Anlaşma Memorandumu imzalanıb

Azərbaycan və Ümumdünya Əqli Mülkiyyət Təşkilatı arasında Anlaşma Memorandumu imzalanıb
# 05 iyun 2018 13:26 (UTC +04:00)

Azərbaycan hökuməti ilə Ümumdünya Əqli Mülkiyyət Təşkilatı arasında Anlaşma Memorandumu imzalanıb.

Nazirlər Kabinetinin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, Memorandum Azərbaycan baş nazirinin müavini Əli Əhmədovun Ümumdünya Əqli Mülkiyyət Təşkilatının baş direktoru Frensis Qarri ilə görüşündə imzalanıb.


Ə. Əhmədov Azərbaycanda əqli mülkiyyət sahəsinin inkişafının və bu sahədə beynəlxalq əməkdaşlığın genişləndirilməsinin prioritet olduğunu qeyd edib. Vurğulanıb ki, ölkə Ümumdünya Əqli Mülkiyyət Təşkilatının həyata keçirdiyi layihələri dəstəkləyir və bundan sonra da əməkdaşlığın inkişaf etdirilməsində maraqlıdır.

Azərbaycana səfərindən məmnunluğunu ifadə edən baş direktor Frensis Qarri ölkəmizin Ümumdünya Əqli Mülkiyyət Təşkilatının reallaşdırdığı layihələrə göstərdiyi dəstəyi yüksək dəyərləndirib. Qonaq əməkdaşlığın bundan sonra da inkişafının əhəmiyyətini vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR