Dələduzluqda təqsirləndirilən polis kapitanı məhkəmə zalından azadlığa buraxılıb

Dələduzluqda təqsirləndirilən polis kapitanı məhkəmə zalından azadlığa buraxılıb
# 06 oktyabr 2017 11:24 (UTC +04:00)

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Fəqan Nəsibovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

APA-nın məlumatına görə, hakim Cavid Hüseynovun sədrlik etdiyi iclasda hökm oxunub.

Hökmə əsasən, F. Nəsibova 3 il sınaq müddəti təyin edilməklə, şərti cəza verilib və o, məhkəmə zalından azadlığa buraxılıb.

Qeyd edək ki, F. Nəsibov əvvəllər Bənəqdi Rayon Pois İdarəsində kapitan rütbəsi ilə çalışıb. Daha sonra hüquqşünas kimi fəaliyyətini davam etdirib. O, hüquqi nümayəndəsi olduğu şəxslərdən dələduzluq yolu ilə pul alıb.

F. Nəsibov bundan əvvəl 2014-cü ildə də həbs edilib. O, metronun “Koroğlu” stansiyasının yaxınlığındakı körpüyə çıxaraq intihar etmək istəyib. Həmin vaxt dələduzluqda ittiham edilən F. Nəsibov ittihamı qəbul etmədiyi üçün bu addımı atdığını deyib. Onun barəsində məhkəmə şərti cəza təyin edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR