İranda ardıcıl iki zəlzələ baş verib

İranda ardıcıl iki zəlzələ baş verib
# 23 iyul 2018 20:45 (UTC +04:00)

İranda ardıcıl iki zəlzələ baş verib.

APA-nın xəbərinə görə, bu barədə Avropa Aralıq dənizi Seysmoloji Xidmətinin məlumatında bildirilir.

Məlumata əsasən, yerli vaxtla saat 20:09-da paytaxt Tehrandan 190 km şərqdə 3,5 bal gücündə zəlzələ baş verib. Yerli vaxtla saat 20:30-da 3,5 maqnitudalı təkanlar ölkənin qərb bölgəsində, Kermanşah şəhərindən 80 km şimal qərbdə qeydə alınıb.

Dağıntı və zərərçəkənlər barədə məlumat daxil olmayıb.

Qeyd edək ki, ötən gün İranın Kermanşah əyalətində 5,9 maqnitudalı zəlzələ nəticəsində 300-dək insan xəsarət alıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR