Oqtay Əsədov: "Parlamentin saxlanma xərclərinin artırılması heç işıq puluna çatmayacaq" - YENİLƏNİB

Oqtay Əsədov: "Parlamentin saxlanma xərclərinin artırılması heç işıq puluna çatmayacaq" - <span style="color: red;">YENİLƏNİB
# 08 dekabr 2016 11:28 (UTC +04:00)

Milli Məclisin spikeri Oqtay Əsədov parlamentin saxlanma xərclərinin 13% artırılmasına münasibət bildirib.

"APA-Economics" xəbər verir ki, spiker parlamentin plenar iclasında 2017-ci ilin dövlət büdcə zərfinə daxil olan sənədlərin müzakirəsi zamanı qanunverici orqanın gələn ilin xərclər smetası layihəsi barədə məlumat verən Milli Məclisin İşlər idarəsinin müdiri Firudin Hacıyevə iradını bu formada bildirib: "Sən deyirsən ki, bu il Milli Məclisin büdcəsi 394 min manat artırılır. Camaat da deyəcək ki, Milli Məclisin büdcəsini artırıblar. Bu artım heç sənin işıq puluna çatmayacaq. Yəni, artım yoxdur. Həqiqətən keçən illər Milli Məclis çox böyük səylər nəticəsində ezamiyyə xərclərini aşağı salıb. Ezamiyyə xərcləri bizə çatmırdı. Çünki biz büdcəni keçən ilin noyabr ayında qəbul etmişdik. Noyabr ayından sonra iki dəfə devalvasiya oldu. Dövlət təşkilatları arasında ən çox xaricə ezamiyyətə gedənlər parlamentin nümayəndə heyətləridir. Bu ildən artıq iki saxladığımız parlament nümayəndə heyətinin fəaliyyətini bərpa etmişik. Baş nazirə də məktub yazmışam, maliyyə naziri Samir Şərifova da demişəm ki, ezamiyyə xərcləri məsələsi qeydə alınmalıdır. Çünki beynəlxalq təşkilatlarda Milli Məclis iştirak etməzsə, işlərdə çox böyük axsaqlıq olar. Ona görə, dekabrın 16-da bu məsələlər hökumətin diqqət mərkəzində olsun".


*** SAAT 13:41

2017-ci il üçün Milli Məclisin saxlanma xərcləri 13% artırılır. "APA-Economics" xəbər verir ki, bunu parlamentin plenar iclasında 2017-ci ilin dövlət büdcə zərfinə daxil olan sənədlərin müzakirəsi zamanı qanunverici orqanın gələn ilin xərclər smetası layihəsi barədə Milli Məclisin İşlər idarəsinin müdiri Firudin Hacıyev bildirib.

F. Hacıyev bildirib ki, Milli Məclis və onun aparatının saxlanması ilə bağlı 2017-ci ilin xərclər smetası layihəsi qanunvericilikdə nəzərdə tutulmuş qaydalara uyğun hazırlanıb və xərclər smetası, ştat cədvəlləri, inzibatı binaların, mühəndis qurğularına xidmət göstərən təşkilatlarla bağlanan müqavilələr və proqnozlar əsasında tərtib edilib.

Onun sözlərinə görə, 2017-ci il dövlət büdcəsində Milli Məclis və onun aparatının saxlanması üçün 23 mln. 89 min manat 714 manat vəsait nəzərdə tutulub ki, bu da 2016-cı il ilə müqayisədə 394 min 500 manat çoxdur. F. Hacıyev əlavə edib ki, xərclər smetasının ümumi dəyərinin 71,5%-ni əmək haqqı fondu və əmək haqqına olan əlavələr təşkil edir: "Bildiyiniz kimi, son illər ölkədə aparılan məqsədyönlü siyasətin nəticəsi olaraq Azərbaycan parlamentinə xarici ölkələrdən gələn qonaqların və Milli Məclisin deputatlarının xaricə səfərlərinin, eləcə də ölkədaxili ezamiyyələrin sayı xeyli artıb. Bununla bağlı, 2017-ci ilin xərclər smetasında ezamiyyə xərcləri köməkçisi üzrə 1 milyon 110 min 900 manat məbləğində vəsait ayrılması nəzərdə tutulub. Bu da keçən illə müqayisədə eynidir. 2017-ci ilin xərclər smetasında rabitə xərclərininödənilməsi yarımmadəsi üzrə 217 min 500 manat, inventar alınması yarımmadəsi üzrə 200 min manat, avadanlıq alınması yarımmadəsi üzrə 286 min 200 manat, digər alış və xidmətlər yarımmaddəsinə Milli Məclisə gələn nümayəndə heyətlərinin mehmanxanada qalma və sair xidmətlərin ödənilməsi üçün 900 min manat, digər maşın və avadanlıqlar maddəsinə isə 405 min manat vəsait nəzərdə tutulub. Avropa İttifaqı Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin üzvlərindən ibarət nümayəndə heyətinin 20 sentyabr 2016-cı ildə ölkəmizə rəsmi səfərindən sonra qarşılıqlı əməkdaşlığın, habelə Avronest Parlament Assambleyasında nümayəndə heyətinin tam tərkibdə iştirakının bərpa olunması ilə əlaqədar rəsmi səfərlərin çoxalması nəzərə alaraq 2017-ci ilin xərclər smetasında ezamiyyə xərcləri köməkçi bölməsinə 300 min manat əlavə vəsaitin ayrılmasına göstərişverməyinizi xahiş edirəm. Bundan başqa, inventarların alınması yarımmadəsinə 200 min manat, avadanlıqların alınması maddəsinə 50 min manat, digər alış və xidmətlər maddəsinə 100 min manat, digər maşın və avadanlıqların maddəsinə isə 200 min manat əlavə vəsaitin ayrılmasına köməklik göstərmənizi sizdən xahiş edirəm. Samir müəllim, 2016-cı ilin xərclər smetasında ezamiyyə xərcləri üzrə köməkçi bölməsində xarici ezamiyyələrin çox olması, manat məzənnəsinin aşağı düşməsi və maliyyə vəsaitin çatışmaması ilə əlaqədar cari ilin xərclər smetasına 140 min manat əlavə vəsaitin ayrılmasına köməklik göstərmənizi sizdən xahiş edirəm. Nazirlər Kabinetinin sərəncamı ilə Milli Məclisin inzibati binalarında, həyətyanı sahələrdə, avtoparkda yenidənqurma işlərinin aparılması və Türkdilli Ölkələrin Parlament Assambleyası katibliyinin inzibarti binasının tikintisinə vəsait ayrılıb. Ayrılmış vəsait hesabına Katibliyinin ümumi sahəsi 1500 kvadratmet olan 4 mərtəbəli inzibati binası inşa edilərək cari ilin dekabr ayında Türkdilli Ölkələrin Parlamentlərinin sədrlərinin iştirakı ilə açılışı nəzərdə tutulub. O cümlədən Milli Məclisin avtoparkının ikinci hissəsinin sokülərək təsdiq edilmiş yeni layihə üzrə avtomaşınların saxlanılması üçün sahəsi 1450 kvadratmetr olan əlavə korpusun, nahar fasiləsi zamanı yeməkxanada yer çatışmazlığı ilə əlaqədar iaşə xidmətinin daha da yaxşılaşdırılması üçün sahəsi 700 kvadratmetr olan inzibati binanın ikinci mərtəbəsində inşa edilmiş keçid vasitəsi ilə birləşdirilmiş yeni və müasir yeməkxananın 2017-ci ildə tam tikilib istifadəyə verilməsi nəzərdə tutulub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR