FHN Akademiyasında 20 Yanvar qurbanlarının xatirəsi anılıb

FHN Akademiyasında 20 Yanvar qurbanlarının xatirəsi anılıb
# 19 yanvar 2017 12:25 (UTC +04:00)

Fövqəladə Hallar Nazirliyinin Akademiyasında 20 Yanvar faciəsinin 27-ci ildönümü ilə əlaqədar tədbir keçirilib.

FHN mətbuat xidmətindən APA-ya verilən məlumata görə, tədbir iştirakçıları, əvvəlcə, faciə qurbanlarının və Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü uğrunda həlak olmuş qəhrəman Vətən övladlarının xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

Akademiyanın rəisi general-mayor Pənah Süleymanov bildirib ki, müstəqilliyimiz uğrunda canlarından keçərək şəhidlik zirvəsinə ucalmış Vətən övladlarının əziz xatirəsi ürəklərdə yaşayır və hər zaman yaşayacaq. O qeyd edib ki, bu qanlı faciəyə hüquqi-siyasi qiyməti məhz Heydər Əliyev verib.

Tədbirdə çıxış edən Milli Məclisin deputatı, professor Fəzail İbrahimli qanlı faciədən danışaraq qeyd bildirib ki, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Sovet Ordusunun hərbi hissələri və zirehli texnikası Bakı şəhərinə, Azərbaycanın bir neçə şəhər və rayonlarına yeridilib, dinc əhaliyə divan tutulub, yüzlərlə insan qətlə yetirilib, yaralanıb və itkin düşüb. Həmin dövrdə Moskvada yaşayan Heydər Əliyev respublikamızın Daimi Nümayəndəliyinə gələrək öz xalqı ilə həmrəy olduğunu nümayiş etdirib, faciəni törədənləri ittiham edib, qoşunların Bakıdan çıxarılmasını Sovet hökuməti rəhbərlərindən qətiyyətlə tələb edib.

FHN Akademiyasının baş zabiti Kəmalə Rzazadə isə 20 Yanvar faciəsinin qurbanlarının xatirəsinə həsr etdiyi şeiri söyləyib.

Sonda Qanlı Yanvar faciəsindən bəhs edən sənədli film nümayiş olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR