"Qazprom" Ukrayna ərazisi ilə Avropaya qazın nəqlini 70% azaldıb

"Qazprom" Ukrayna ərazisi ilə Avropaya qazın nəqlini 70% azaldıb
# 04 fevral 2020 10:37 (UTC +04:00)

Bu ilin yanvar ayında Rusiyanın "Qazprom" şirkəti Ukrayna ərazisi ilə Avropaya 2,65 mlrd. kubmetr qaz nəql edib.

"APA-Economics"in Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə "Qazprom"un Ukrayna ərazisi ilə Avropaya qazın nəqli 70% azalıb.

Ötən il dekabrın 30-da "Qazprom" və "Naftogaz" arasında beşillik tranzit müqaviləsi də daxil olmaqla, Ukrayna üzərindən qazın tədarükünü davam etdirmək üçün bir sıra müqavilələr imzalanıb. Bunlara əsasən, "Qazprom" ilk ildə 65 mlrd. kubmetr, növbəti 4 ildə isə 40 mlrd. kubmetr qazın nəql edəcəyinə zəmanət verib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR