Lənkəranda ölümlə nəticələnən yol qəzasının təfərrüatları məlum olub - YENİLƏNİB-1

Lənkəranda ölümlə nəticələnən yol qəzasının təfərrüatları məlum olub - <span style="color: red;">YENİLƏNİB-1
# 23 mart 2018 18:35 (UTC +04:00)

Lənkəranda ölümlə nəticələnən yol qəzasının təfərrüatları məlum olub.

APA-nın cənub bürosunun məlumatına görə, rayonun Balıqçılar qəsəbəsində "Mercedes" markalı avtomobil hərəkətdə olarkən idarəetməni itirib və avtomobil yoldan çıxaraq aşıb.

Nəticədə sərnişin Ilqar Sultan oğlu Abdullayev dünyasını dəyişib. İki nəfər isə xəsarət alıb. Yaralılardan birinin xəsarəti yüngül olub, digəri isə Lənkəran Rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.

Məlumata görə, qəzaya düşənlər Bakıdan Lənkərana qonaq gedirlərmiş. Hadisəyə isə səbəb yüksək sürət olub.

Faktla bağlı araşdırma aparılır.

***

20:52

Lənkəranda baş verən yol qəzasında ölən şəxsin kimliyi məlum olub. APA-nın cənub bürosunun məlumatına görə, bu, rayonun Balıqçılar qəsəbə sakini, 1972-ci il təvəllüdlü, İlqar Sultan oğlu Abdullayevdir.

İ. Abdullayevin meyiti müayinə olunmaq üçün Məhkəmə Tibbi-Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran Rayon Şöbəsinə təhvil verilib. Qəzada yaralananların da olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

***

20:41

Lənkəranda yol qəzası olub.

APA-nın cənub bürosu xəbər verir ki, ilkin məlumata görə, bir nəfər ölüb. Hadisə rayonun Balıqçılar qəsəbəsində qeydə alınıb.

Hələlik adı məlum olmayan ölən şəxsin meyiti Məhkəmə Tibbi-Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran Rayon Şöbəsinə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR