Bank Of Baku

2040-cı ilədək avtomobil satışlarının üçdə ikisini elektromobillər təşkil edəcək - PROQNOZ

2040-cı ilədək avtomobil satışlarının üçdə ikisini elektromobillər təşkil edəcək - PROQNOZ
# 09 avqust 2021 11:13 (UTC +04:00)

2040-cı ilə qədər elektrikli avtomobillərin illik satışının 3 milyondan 66 milyona yüksələcəyi gözlənilir.

"APA-Economics"in məlumatına görə, bu proqnoz "Bloomberg" agentliyi tərəfindən dərc edilib.

Mütəxəssislərin fikrincə, təxminən 20 ildən sonra daxili yanma mühərrikli avtomobillərin payı bazarın yalnız 1/3 hissəsini təşkil edəcək. Agentlik qeyd edir ki, hadisələrin bu cür inkişafı elektromobillərin göstəricilərinin yaxşılaşdırılması, müvafiq infrastrukturun inkişafı, eləcə də ətraf mühitə uyğun nəqliyyat vasitələrinin inkişafına yönəlmiş ölkələrin siyasəti sayəsində mümkündür. Elektromobillərə keçiddə lider Çin və Avropa ölkələri olacağı güman edilir.

Xatırladaq ki, dünyanın bir sıra qabaqcıl avtomobil istehsalçısı da qarşıdakı illərdə elektromobillərin istehsalına keçəcəyini elan edib. ABŞ-ın "General Motors" şirkəti 2035-ci ilədək keçid etməyi planlaşdırır. Önümüzdəki illərdə Britaniyanın "Jaguar Land Rover" və "Bentley Motors" şirkətləri də fəaliyyətlərini elektromobil istehsalına yönəltmək niyyətində olduğunu bildiriblər.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR