Tovuz sakinini ilan sancıb.
APA-nın Qərb bürosunun verdiyi məlumata görə, rayonun Əlibəyli kənd sakini, 2001-cı il təvəllüdlü Tağıyeva Gülnarə Rövşən qızı həyətdə gəzərkən ilan onun sol ayağının dördüncü barmağından sancıb.
16 yaşlı qız dərhal Tovuz Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Ona ilan zəhəri əleyhinə zərdab vurulub. Vəziyyətinin orta-ağır olduğu bildirilir.
Qeyd edək ki, bu, gün ərzində Tovuzda ikinci ilansancma hadisəsidir. Günorta saatlarında rayonun Ağdam kəndində ilan 7 yaşlı qızı sancıb.