“Everton” klubu “Arsenal”ın futbolçusu Teo Uolkottu transfer edib

“Everton” klubu “Arsenal”ın futbolçusu Teo Uolkottu transfer edib
# 18 yanvar 2018 02:18 (UTC +04:00)

“Beşiktaş”dan Cenk Tosunu transfer edən “Everton” daha bir keçidi rəsmiləşdirib. Apasport.az saytının məlumatına görə, Liverpul təmsilçisi “Arsenal”dan Teo Uolkottu alıb.

28 yaşlı forvardla 3,5 illik müqavilə imzalanıb. İngiltərə millisinin üzvünün transferi “Everton”a 20 milyon funt-sterlinqə başa gəlib. Təcrübəli futbolçu yeni komandasında 11 nömrəli formanı geyinəcək.

Qeyd edək ki, Uolkott 12 il şərəfini qoruduğu "Arsenal"da 397 oyun keçirib, 108 qol vurub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR