Ağsu rayonunda zəhərlənmə hadisəsi baş verib. APA-nın yerli bürosunun xəbərinə görə, hadisə Ağsu şəhərində qeydə alınıb. Rayon sakini 1989-cu il təvəllüdlü Tərlanova Aygün Əfqan qızı evdə keçirilən ad günü mərasimində yediyi şirniyyatdan zəhərlənib. O, bu gün saat 11:00 radələrində huşsuz vəziyyətdə təcili yardım stansiyasının avtomobili ilə Ağsu rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə çatdırılıb. Hazırda onun vəziyyəti ağır olaraq qalır.
Faktla bağlı araşdırma aparılır.