APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə Sabirabad rayonunun Nərimankənd kəndində qeydə alınıb.
Sabirabad rayonunun Nərimankənd kənd sakinləri, 1990-cı il təvəllüdlü Bayramov Fəyyal Eldar oğlu idarə etdi “QAZ-31” markalı 54 BM 990 dövlət nömrə nişanlı avtomobil sürətlə hərəkətdə olarkən kənd ərazisində yerləşən Sabir adına kanala aşıb. Nəticədə sürücü və avtomobildə olan sərnişin kənd sakini, 1989-cu il təvəllüdlü Məmmədov Cəlal Qubad oğlu suda boğularaq ölüblər. Meyitləri sudan çıxarmaq üçün hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Sabirabad YMX-nın xüsusi riskli xilasetmə qüvvələri cəlb edilib. Meyitlər sudan çıxarılaraq müayinə olunmaq üçün Sabirabad Məhkəmə Tibbi Ekspertiza və Patoloji anatomiya mərkəzinə yerləşdirlib.
Faktla bağlı Sabirabad polis şöbəsi tərəfindən araşdırma aparılır.
***
02.50
Sabirabadda yoldan çıxaraq suya düşmüş avtomobil çıxarılıb.
APA-nın hadisə yerində olan müxbirinin məlumatına görə, “QAZ-31” markalı minik avtomobili xüsusi texnikanın köməyi ilə Sabir kanalından çıxarılıb.
***
02.26
Sabirabadda avtomobilin kanala düşməsi nəticəsində həlak olanların şəxsiyyəti müəyyən edilib.
APA-nın Mil-Muğan bürosunun məlumatına görə, bunlar rayonun Nərimankənd kənd sakinləri, 1990-cı il təvəllüdlü Bayramov Fəyyal Eldar oğlu və 1989-cu il təvəllüdlü Məmmədov Cəlal Qubad oğludur.
***
01.29
Avtomobilin kanala düşməsi ölümlə nəticələnib.
APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə Sabirabad rayonunun Nərimankənd kəndində qeydə alınıb.
“QAZ-31” markalı avtomobilin kanala aşması nəticəsində avtomobildə olan 2 nəfər ölüb. Hazırda avtomobilin sudan çıxarılaması istiqamətində işlər aparılır.
Faktla bağlı araşdırma aparılır.