Astarada güclü yağış fəsadlar törədib

Astarada güclü yağış fəsadlar törədib
# 04 oktyabr 2017 20:55 (UTC +04:00)

Yağan intensiv yağışlar Astara rayonunda fəsadlar törədib.

APA-nın cənub bürosunun verdiyi məlumata görə, intensiv yağan yağışlardan sonra Pensər çayının səviyyəsi qalxıb. Nəticədə sel suları Şiyəkəran kəndi ərazisində iki piyada körpüsünü yuyub aparıb.

Bundan başqa bəzi yaşayış evlərinin həyətyanı sahələrini su basıb. Güclü leysan yağışlar səbəbindən bir sıra kəndlər və rayon mərkəzində enerji kəsilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR