SOCAR bu il 38 quyunun tikintisini başa çatdırıb

SOCAR bu il 38 quyunun tikintisini başa çatdırıb
# 06 iyul 2017 10:27 (UTC +04:00)

Bu ilin iyun ayı ərzində SOCAR tərəfindən (Müştərək Müəssisələr və Əməliyyat Şirkətləri istisna olmaqla) 10 450 metr qazma işi həyata keçirilib.


SOCAR-dan “APA-Economics”ə verilən məlumata görə, bu sahədə görülmüş işlərin 10 111 metri istismara, 339 metri isə kəşfiyyata aid olub.


Ümumiyyətlə, bu ilin yanvar-iyun aylarında SOCAR üzrə (Müştərək Müəssisələr və Əməliyyat Şirkətləri istisna olmaqla) 73 789 metr qazma işi görülüb ki, bunun da 68 007 metri istismara, 5 782 metri isə kəşfiyyata aid olub.


Bu ilin iyun ayında qazmadan alınıb 8, il ərzində isə 38 yeni quyu tikinti ilə başa çatdırılaraq mədənçilərə təhvil verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR