Şirvanda qadın bıçaqlanıb

Şirvanda qadın bıçaqlanıb
# 08 fevral 2018 22:28 (UTC +04:00)

Şirvan şəhər xəstəxanasına bıçaq xəsarəti ilə 36 yaşlı qadın daxil olub.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, Şirvan şəhərində məskunlaşan məcburi köçkün, 1982-ci il təvəllüdlü Əhmədova Xəyalə Eldar qızı bıçaq yarası ilə Şirvan şəhər xəstəxanasına yerləşdirilib. Ona qarının ön divarının daxilə nüfuz etmiş kəsilmiş-deşilmiş diaqnozu qoyularaq əməliyyata götürülüb. Onun kim tərəfindən bıçaqlandığı araşdırılır. Bəzi məlumatlara görə, qadının həyat yoldaşı tərəfindən bıçaqlandığı ehtimal olunur.

Faktla bağlı Şirvan polis şöbəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR