FHN-in Dövlət Xidməti kiçikhəcmli gəmilərə texniki baxış keçirəcək

FHN-in Dövlət Xidməti kiçikhəcmli gəmilərə texniki baxış keçirəcək
# 10 yanvar 2020 15:28 (UTC +04:00)

Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətində 2020-ci il ərzində kiçikhəcmli gəmilərə texniki baxış keçəcək.

FHN-dən APA-ya verilən məlumata görə, texniki baxış aşağıdakı cədvələ uyğun keçiriləcək:

Sıra Texniki baxışın əhatə etdiyi ərazi Texniki baxışın keçirilmə vaxtı
1. Şimal regionu üzrə Fevral ayı ərzində
2. Muğan regionu üzrə Mart ayı ərzində
3. Cənub regionu üzrə Aprel ayı ərzində
4. Daxili su hövzələri üzrə Sentyabr ayı ərzində
5. Bakı şəhəri və Abşeron rayonu üzrə
5.1 Ələt - Bibiheybət istiqamətində Hər ayın 2-ci və 3-cü həftəsinin II və III günləri
5.2 Zığ - Pirallahı istiqamətində Hər ayın 2-ci və 3-cü həftəsinin II və III günləri
5.3 Şimal QRES - Nardaran istiqamətində Hər ayın 2-ci və 3-cü həftəsinin IV və V günləri
5.4 Görədil - Sumqayıt şəhəri H.Z.Tağıyev qəsəbəsi istiqamətində Hər ayın 2-ci və 3-cü həftəsinin IV və V günləri

Əlaqə telefonları: +994(12)512-17-09; +994(12)512-17-61.

Qeyd: Cədvəldə göstərilmiş günlər hava şəraitindən asılı olaraq dəyişdirilə bilər. Çimərlik mövsümü ilə əlaqədar Bakı və Abşeron rayonu üzrə keçirilən texniki baxışlar qismən məhdudlaşdırıla bilər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR