UEFA Millətlər Liqasının ilkin tərkibi açıqlanıb

UEFA Millətlər Liqasının ilkin tərkibi açıqlanıb
# 06 sentyabr 2017 08:39 (UTC +04:00)

DÇ-2018-in seçmə mərhələsinin Avropa zonasının VIII oyunlarından sonra UEFA Millətlər Liqasının divizionları və səbətlərinin ilkin tərkibi açıqlanıb. Apasport.az saytı xəbər verir ki, 2019-cu ildə keçiriləcək yarışda komandaların alacağı yerlər son üç turnirin nəticələrinə əsasən müəyyənləşəcək.

DÇ-2014 və AÇ-2016 həm seçmə, həm final, DÇ-2018-in seçmə mərhələsinin nəticələrinə əsasən hesablanan cədvələ görə 55 milli 4 liqaya bölünəcək.

Hazırkı vəziyyətə əsasən Azərbaycan millisi C liqasında oynamalıdı. Robert Prosineçkinin yetirmələri burada sonuncu – 3 komandalı səbətin axırıncısıdı.

Yığmamız Kipr və Estoniya ilə birlikdə bu liqanın ən zəiflərinin səbətindədi.

Millimizin bu mövqeyi UEFA-nın son üç turnirə əsasən hesabladığı reytinqdə 39-cu pillədə olmasından irəli gəlir. Hesabında 17,061 xal olan yığmamız 55 ölkədən 16-nı arxada qoyur. Həmin 16 komanda isə ən zəif liqanın iştirakçılarıdı.

Reytinqin ən yaxşısı Almaniya və ən yaxın izləyiciləri Portuqaliya, Belçika və İspaniya isə A liqasının səpələnmiş komandalarıdı. Qonşu Türkiyə B liqasının sonuncu səbətində qərarlaşıb.

Qaydalara əsasən, A liqasında 12, B liqasında 12, C liqasında 15, D liqasında 16 komanda mübarizə aparmalıdı.

Qeyd edək ki, liqalar və səbətlərin yekun tərkibi DÇ-2018-in seçmə mərhələsindən sonra dəqiqləşəcək. Qrup mərhələsinin oyunları 2018-ci il sentyabr-noyabr aylarında keçiriləcək. 2019-cu ilin iyununda liqalarda “Dördlər finalı” baş tutacaq.

A liqası

1-ci səbət

Almaniya, Portuqaliya, Belçika, İspaniya

2-ci səbət

İngiltərə, İsveçrə, İtaliya, Fransa

3-cü səbət

Polşa, Rusiya, Xorvatiya, İslandiya

B liqası

1-ci səbət

Uels, Hollandiya, Slovakiya, Şimali İrlandiya

2-ci səbət

İsveç, Ukrayna, Bosniya və Herseqovina, Avstriya

3-cü səbət

Türkiyə, İrlandiya, Danimarka, Macarıstan

C liqası

1-ci səbət

Sloveniya, Albaniya, Çexiya, Rumıniya

2-ci səbət

Şotlandiya, Monteneqro, Serbiya, Yunanıstan

3-cü səbət

Bolqarıstan, Norveç, İsrail, Finlandiya

4-cü səbət

Kipr, Estoniya, AZƏRBAYCAN

D liqası

1-ci səbət

Litva, Belarus, Gürcüstan, Ermənistan

2-ci səbət

Makedoniya, Farer adaları, Latviya, Lüksemburq

3-cü səbət

Moldova, Qazaxıstan, Lixtenşteyn, Malta

4-cü səbət

Andorra, Kosovo, San-Marino, Cəbəllütariq

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR