Qırğızıstanda koronavirusa görə fövqəladə vəziyyət elan edilib.
APA-nın “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu ölkənin Nazirlər Kabineti açıqlayıb.
Fövqəladə vəziyyət martın 22-dən tətbiq ediləcək.
Qeyd edək ki, Qırğızıstanda indiyədək 12 yoluxma faktı qeydə alınıb.