Rusiya benzinin ixracını nəzərdə tutan icazəni iyulun 31-dək uzadıb

Rusiya benzinin ixracını nəzərdə tutan icazəni iyulun 31-dək uzadıb
# 29 iyun 2024 20:35 (UTC +04:00)

Rusiyanın Nazirlər Kabineti hökumətin qərarına əsasən, yanacaq istehsalçıları üçün benzinin ixracına qoyulmuş qadağanın müvəqqəti ləğv edilməsi müddətinin 2024-cü il iyulun 31-dək uzadılması barədə qərar qəbul edib.

APA xəbər verir ki, Nazirlər Kabineti 2024-cü il martın 1-dən avqustun 31-dək yaz və yay aylarında tələbatın artmasının qarşılanması məqsədilə benzinin ixracına altı ay müddətinə müvəqqəti qadağa tətbiq edib.

Rusiyanın Energetika Nazirliyinin rəhbəri Sergey Tsivilev qeyd edib ki, qərar yanacaq bazarının tədarüklə doyması ilə əlaqədar verilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR