Mingəçevirdə yataqxanada yanğın baş verib

Mingəçevirdə yataqxanada yanğın baş verib
# 26 mart 2018 12:34 (UTC +04:00)

Mingəçevirdə özəl müəssisənin fəhlələri üçün nəzərdə tutulan yataqxanada yanğın baş verib.

APA-nın yerli bürosunun xəbərinə görə, "Texniki Rezin" ASC-nin şəhərin Heydər Əliyev prospektində yerləşən beşmərtəbli yataqxana binasının 3-cü mərtəbəsində baş verən yanğının söndürülməsi üçün əraziyə FHN-nin Mingəçevir Dövlət Yanğından Mühafizə Hissəsinin 3 yanğınsöndürən avtomobili və canlı qüvvəsi cəlb olunub. Hadisə zamanı evdə olan 3 qadının - 1981-ci il təvəllüdlü Seyidova Tünzalə Haqverdi qızı, 1965-ci il təvəllüdlü Məmmədova Nüşabə Zeynəddin qızı, 1967-ci il təvəllüdlü Qasımova Məsimə Abuzər qızının tüstüdən halı pisləşib. Onlar Mingəçevir şəhər Mərkəzi Xəstəxsnasına çatdırılıb.

FHN-in yaydığı məlumata əsasən, Mingəçevir şəhərində beşmərtəbəli yataqxana binasının 3-cü mərtəbəsində yerləşən, ümumi sahəsi 20 m2 olan birotaqlı mənzildə 2 ədəd məişət avadanlığı yanıb. Yanğın zamanı 10 nəfər bina sakini yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub. Hadisə zamanı ölən və xəsarət alan olmayıb. Mənzillər yanğından mühafizə edilib. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR