Gəncədə avtomobil Goranboy sakinini vurub

Gəncədə avtomobil Goranboy sakinini vurub
# 03 dekabr 2017 21:13 (UTC +04:00)

Gəncədə piyadanı avtomobil vurub. APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə şəhərin Cavad xan qəsəbəsinə gedən yolda qeydə alınıb. Goranboy rayon Faxralı kənd sakini 1990-cı il təvəllüdlü Abdullayev Röyal Nurqədər oğlu yolu keçən zaman “Mercedes” markalı avtomobil onu vurub. Sürücü dərhal yaralını xəstəxanaya aparıb. Ona tibbi yardım göstərilib. Vəziyyətinin orta ağır olduğu bildirilir.

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR