Tramp İŞİD-lə mübarizədə İslam dünyasındakı müttəfiqləri ilə əməkdaşlıq edəcəyini vəd edib

Tramp İŞİD-lə mübarizədə İslam dünyasındakı müttəfiqləri ilə əməkdaşlıq edəcəyini vəd edib
# 01 mart 2017 03:45 (UTC +04:00)

ABŞ prezidenti Donald Tramp bu gün Konqresdə çıxışı zamanı İŞİD-lə mübarizədə İslam dünyasındakı müttəfiqləri ilə əməkdaşlıq edəcəyini vəd edəcək. APA-nın xəbərinə görə, bu barədə Ağ Evin Trampın çıxışından dərc etdiyi parçalarda deyilir.

“Bu düşməni yer üzündən silmək üçün biz, müsəlman ölkələr arasındakı dost və müttəfiqlərimizlə çalışacağıq”, - deyə mətndə deyilir.

“Vədimə əməl edərək, Müdafiə Nazirliyinə İŞİD-in məhv edilməsi planı hazırlamağı tapşırmışam”, - deyə Tramp əlavə edib.

Onun sözlərinə görə, “İŞİD – dinindən asılı olmayaraq kişi, qadın və uşaqları qətlə yetirən vəhşilərdən ibarət qanunsuz qruplaşmadır”

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR