Bugünkü depozit hərracında tələb təklifi 2,8 dəfə üstələyib

Bugünkü depozit hərracında tələb təklifi 2,8 dəfə üstələyib
# 29 yanvar 2018 08:54 (UTC +04:00)

Bu gün Mərkəzi Bank (AMB) tərəfindən vəsaitlərin cəlb edilməsi üzrə növbəti depozit hərracı keçirilib.

AMB-dən “APA-Economics”ə verilən xəbərə görə, hərracda tələb 695,4 mln. manat, hərracın nəticəsində bağlanılmış depozit əqdləri üzrə orta ölçülmüş faiz dərəcəsi isə 13,05% təşkil edib.

Bununla da depozit hərracında tələb təklifi 2,8 dəfə üstələyib.

Qeyd edək ki, bugünkü depozit hərracında 250 mln. manat vəsaitin cəlbi nəzərdə tutulmuşdu.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR