Tramp ABŞ-ın İranla nüvə sazişindən çıxmasının şərtini açıqlayıb

Tramp ABŞ-ın İranla nüvə sazişindən çıxmasının şərtini açıqlayıb
# 12 mart 2018 04:49 (UTC +04:00)

ABŞ prezidenti Donald Tramp İsrailin baş naziri Binyamin Netanyahu ilə görüşü zamanı Fransa, Almaniya və Böyük Britaniyanın "əhəmiyyətli dəyişikliklər" etməyəcəkləri təqdirdə ölkəsinin İranla nüvə sazişindən çıxacağı ilə hədələyib.

APA-nın RİA Novosti-yə istinadən verdiyi xəbərə görə, bu barədə "Axios" nəşrinə İsrail hökumətindəki mənbə bildirib.

Qeyd edək ki, Tramp-Netanyahu martın 5-də Ağ Evdə baş tutub. "Görüşün əsas mövzusu İran, İran və İran olub", - deyə Netanyahu danışıqlardan sonra jurnalistlərə bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR