Göyçayda 38 yaşlı kişi mübahisə zamanı bıçaqlanıb

Göyçayda 38 yaşlı kişi mübahisə zamanı bıçaqlanıb
# 16 dekabr 2019 22:05 (UTC +04:00)

Göyçay rayonunda bıçaqlanma hadisəsi baş verib.

APA-nın yerli bürosunun xəbərinə görə, hadisə bu gün Göyçay şəhərində, Dövlət İdarəetmə və Texnologiya Kollecinin yanında qeydə alınıb.

Rayon sakini, 1994-cü il təvəllüdlü Kamil Həsrətov şəxsi münasibətlər zəminində aralarında baş verən dava zamanı Şuşadan olan məcburi köçkün, Peşə Liseyinin yataqxanasında məskunlaşan 1981-ci il təvəllüdlü Əmirov Azər Sabir oğlunun döş qəfəsinə bıçaqla xəsarət yetirib. Yaralı təcili olaraq Göyçay Rayon Mərkəzi Xəstəxanasının Reanimasiya şöbəsinə yerləşdirilib. Hadisənin hansı səbəbdən baş verdiyi hələ ki məlum deyil.

Faktla bağlı Göyçay Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR