Kaliforniyada meşə yanğınlarında ölənlərin sayı 21-ə çatıb

Kaliforniyada  meşə yanğınlarında ölənlərin sayı 21-ə çatıb
# 11 oktyabr 2017 21:50 (UTC +04:00)

ABŞ-ın Kaliforniya ştatında tüğyan edən meşə yanğınları nəticəsində ölənlərin sayı 21 nəfərə çatıb.

APA-nın “The Washington Post” –a istinadən verdiyi xəbərə görə, bunu yerli yanğından mühafizə xidmətinin rəhbəri Ken Pimlott bəyan edib.

"Bu ciddi, fəlakətli bir hadisədir", deyə K.Pimlott qeyd edib.

Qeyd edək ki, Kaliforniya qubernatoru ştat ərazisində fövqəladə vəziyyət elan edib. Kaliforniyanın şimalında meşə yanğınları üzündən 20 min insan evini tərk etmək məcburiyyətində qalıb. Yanğın 3500-dən çox ev və inzibati binanı qismən və yaxud tamamilə məhv edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR