XİN: Rusiyada yanğında ölən və xəsarət alanlar arasında Azərbaycan vətəndaşı yoxdur - YENİLƏNİB

XİN: Rusiyada yanğında ölən və xəsarət alanlar arasında Azərbaycan vətəndaşı yoxdur - <span style="color: red;">YENİLƏNİB
# 26 mart 2018 09:27 (UTC +04:00)

Rusiya Fövqəladə Hallar Nazirliyinin Kemerovo vilayəti üzrə bölməsindən Azərbaycanın Rusiyadakı Səfirliyinə verilən ilkin məlumata görə, ticarət mərkəzində yanğında ölən və xəsarət alanlar arasında Azərbaycan vətəndaşlarının olması faktı qeydə alınmayıb.

Bu barədə APA-ya XİN-nin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib.

***

10.54

"Yanğında xəsarət alan və ölənlər sırasında Azərbaycan vətəndaşlarının olub-olmaması araşdırılır".

Bu barədə APA-ya Azərbaycan XİN-dən bildirilib. Məlumata görə, Azərbaycanın Rusiya Federasiyasındakı Səfirliyi və Fövqəladə hallar Nazirliyinin Böhran vəziyyətlərində idarəetmə mərkəzi Rusiya Federasiyasının müvafiq qurumları ilə təmasdadır. Əlavə məlumat olduğu təqdirdə KİV-ə bildiriləcək.

Azərbaycan icmasının sədri Fikrət Qasımov isə APA-nın Rusiya bürosuna Kemerovodakı bildirib ki, Kemerovo vilayətində ticarət mərkəzində baş verən yanğında ölən və xəsarət alanlar arasında azərbaycanlılar olmayıb: "İlkin məlumatlara görə, yanğında ölənlər və yaralılar arasında həmyerlilərimiz yoxdur".

Qeyd edək ki, dünən Rusiyanın Kemerova şəhərində "Qış albalısı" ticarət mərkəzində baş verən yanğın nəticəsində 53 nəfər ölüb, 16 nəfər isə itkin düşüb. Ölənlərin sayının daha çox olması ilə bağlı məlumatlar var.

Məlahət Nəcəfova
Fərid Əkbərov

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR