Türkmənistan prezidentinin oğlu deputat seçilib

Türkmənistan prezidentinin oğlu deputat seçilib
# 22 noyabr 2016 20:56 (UTC +04:00)

Sərdar Qurbanquluyeviç Berdıməhəmmədov Türkmənistan Məclisinin deputatı seçilib. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Türkmənistan Televiziyası bildirib. Türkmənistan MSK-sı bildirir ki, noyabrın 22-də üç seçki dairəsi üzrə keçirilmiş səsvermənin nəticələrinə əsasən, Ahal vilayəti 24-cü seçki dairəsi üzrə Sərdar Qurbanquluyeviç Berdıməhəmmədov qələbə qazanıb.

Telesüjetdə digər iki seçki dairəsi üzrə Gövhər Bayramova və Yusifqulu İşayevin seçildiyi bildirilib. MSK-nın iclasında yeni seçilmiş deputatlara vəsiqələr təqdim olunub.

Qurbanqulu Berdıməhəmmədov 2007-ci ildən Türkmənistana rəhbərlik edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR