Ölkənin ən iri plastik boru istehsalçısının 2 mln. manatlıq istiqrazlarının yerləşdirilməsinə başlanır

Ölkənin ən iri plastik boru istehsalçısının 2 mln. manatlıq istiqrazlarının yerləşdirilməsinə başlanır
# 23 yanvar 2018 08:52 (UTC +04:00)

Yanvarın 25-də Bakı Fond Birjasında (BFB) “MET-AK” MMC-nin faizli, sənədsiz, adlı, təmin edilməmiş istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək.

BFB-dən "APA-Economics"ə verilən məlumata görə, hərrac zamanı sifarişlərin toplanması BFB-nin ticarət reqlamentinə uyğun olaraq saat 11:00-dan 12:30-dək təşkil olunacaq.

Qeyd edək ki, emissiyanın ümumi həcmi 2 mln. manat, bir istiqrazın nominal qiyməti 1000 manat, hərrac qiyməti 1000 manat, istiqrazların tədavül müddəti 1 il, faiz dərəcəsi illik 14 % təşkil edəcək. Faiz gəlirinin ödəniş müddəti 3 aydan bir olacaq.

Qeyd edək ki, yerləşdirmədə anderrayter qismində "AzFinance İŞ" QSC çıxış edir.

Emissiya prospektinə əsasən, tələb təklifdən çox olduğu halda eyni qiymətlə təqdim edilən sifarişlər mütənasib qaydada təmin ediləcək: "Əlavə olaraq, İstiqrazların Emitent tərəfindən qanunvericiliyin tələblərinə uyğun şəkildə, istiqrazları ilkin yerləşdirmədə əldə etmiş investorlar tərəfindən 6 aydan sonra geri satın alınması imkanı nəzərdə tutulub.

Qeyd edək ki, "MET-AK" istiqrazları BFB-nin Listinq Məsləhət Proqramı çərçivəsində listinqə alınıb.

BFB-də ticarətdə iştirak etməkdə maraqlı olan şəxslər birja üzvü olan investisiya şirkətlərinə müraciət edə bilərlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR