Bakı-Tbilisi-Ceyhan boru kəmərinin əsaslı xərcləri 30% artıb

Bakı-Tbilisi-Ceyhan boru kəmərinin əsaslı xərcləri 30% artıb
# 01 avqust 2018 15:15 (UTC +04:00)

Bu ilin yanvar-iyun ayları ərzində Bakı-Tbilisi-Ceyhan boru kəməri üzrə əməliyyat və əsaslı xərclərinin məbləği açıqlanıb.

APA-Economics”in boru kəmərinin operatoru “BP-Azerbaijan” şirkətinin yarım illik üçün açıqladığı hesabata əsasən, bu ilin 6 ərzində BTC üzrə əməliyyat xərclərinə təqribən 61 mln. dollar, əsaslı xərclərə isə təqribən 13 mln. dollar xərclənib.

Məlumata görə, BTC-nin əməliyyat məsrəfləri 2017-ci ilin 6 ayı ilə müqayisədə 3 mln. dollar və ya 4,69% azalıb. Əsaslı məsrəflər isə ötən ilin 6 ayı isə müqayisədə 3 mln. dollar və ya 30% artıb.

Qeyd edək ki, 2017-ci ilin birinci yarım ili ərzində BTC üzrə əməliyyat xərclərinə təqribən 64 mln. dollar, əsaslı xərclərə isə 10 mln. dollar xərclənib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR