Azərbaycan Beynəlxalq Bankı ödəniş üzüklərini təqdim edib - FOTO

Azərbaycan Beynəlxalq Bankı ödəniş üzüklərini təqdim edib - FOTO
# 12 fevral 2020 15:41 (UTC +04:00)

Fevralın 12-də Bakıda keçirilən “Visa Cashless Forum”da Azərbaycan Beynəlxalq Bankı ölkə üçün bir ilk olan növbəti innovativ yeniliyini müştərilərinə təqdim edib.

Bankdan “APA-Economics”ə verilən məlumata görə, bu, “Ring Pay” ödəniş üzükləridir. Belə ki, artıq nağdsız ödənişləri digər vasitələrlə yanaşı, barmaqdakı üzüklə də təmassız qaydada həyata keçirmək olar.

Azərbaycan Beynəlxalq Bankının, “Visa” beynəlxalq kart təşkilatının, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin, eləcə də Azərbaycan Banklar Assosiasiyasının dəstəyi ilə “Gələcəyə doğru hərəkət” mövzusunda təşkil olunmuş “Visa Cashless Forum”da “Ring Pay” ödəniş üzüklərinin özəllikləri barədə iştirakçılara ətraflı məlumat verilib.

Üzük adi plastik bank kartının bir çox funksiyalarını yerinə yetirir. “Visa” kartları ilə təmassız ödəniş aparmağın mümkün olduğu əksər yerlərdə bu üzüklərdən istifadə edib ödənişləri qısa zamanda həyata keçirmək mümkündür. Ödəniş aparan zaman üzüyün üst hissəsini POS-terminala yaxınlaşdırmaq kifayətdir. Bu zaman ödəniş əməliyyatı cəmi 1-2 saniyə ərzində başa çatır. Üzük su keçirmədiyindən onu ağır zərbələrdən, kimyəvi maddələrin təsirindən qorumaqla həmişə barmaqda gəzdirmək olar. “Ring Pay” ödəniş üzüyünü yaxın günlərdə şəxsiyyət vəsiqəsi ilə Azərbaycan Beynəlxalq Bankının yaxınlıqdakı istənilən filial və ya şöbəsindən əldə etmək mümkündür.

Azərbaycan Beynəlxalq Bankının İdarə Heyəti sədrinin müavini Elmir Həbibullayev bildirib: “Ring Pay” ödəniş üzükləri təmassız NFC texnologiyası əsasında hazırlanmış yeni bank məhsuludur. Azərbaycan Beynəlxalq Bankının ölkəmizdə ilk dəfə tətbiq etdiyi bu innovativ yenilik nağdsız ödənişləri daha da asanlaşdıracaq. Ümidvarıq ki, müştərilərimiz bu üzüklərdən məmnuniyyətlə istifadə edəcək və belə maraqlı təcrübəni başqaları ilə də bölüşəcəklər”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR