Putin: “İŞİD hələ də destruktiv potensialını qoruyub saxlayır”

Putin: “İŞİD hələ də destruktiv potensialını qoruyub saxlayır”
# 04 aprel 2018 09:26 (UTC +04:00)

“Hərbi məğlubiyyətə baxmayaraq, İŞİD qruplaşması hələ də dünyanın müxtəlif regionlarında hücum etmək qabiliyyətinə malikdir. Ona qarşı mübarizə aparmaq üçün beynəlxalaq əməkdaşlığın yeni formaları haqqında fikirləşmək lazımdır”.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Rusiya prezidenti Vladimir Putin VII Moksva Beynəlxalq Təhlükəsizlik Konfransının iştirakçılarına göndərdiyi məktubunda bildirib.

"Hərbi məğlubiyyətinə baxmayaraq bu terrorçu qruplaşma əhəmiyyətli destruktiv potensialını, sürətli taktika dəyişmək, dünyanın müxtəlıif regionlarında hücum etmək bacarığını qoruyub saxlayır. Digər ekstremist strukturlar da böyük təhlükə daşıyır. Bu şəraitdə yeni çoxtərəfli əməkdaşlıq formatı barədə düşünmək vacibdir", - deyə Rusiya prezidenti vurğulayıb.

Qeyd edək ki, Vladimir Putinin konfrans iştirakçılarına məktubunu RF Təhlükəsizlik Şurasının baş katibi Nikolay Patruşev oxuyub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR