Azərbaycanda qiymətli kağızlar bazarı 56,2% faiz artıb

Azərbaycanda qiymətli kağızlar bazarı 56,2% faiz artıb
# 05 mart 2019 13:42 (UTC +04:00)

Azərbaycanda 2018-ci il ərzində qiymətli kağızlar bazarı 56,2 faiz artaraq 24,6 milyard manat təşkil edib.

ONA-nın məlumatına görə, bu, Nazirlər Kabinetinin 2018-ci ildə fəaliyyəti haqqında hesabatında əksini tapıb.

Sənəddə qeyd edilib ki, qiymətli kağızların ilkin bazarı 74,7 faiz (6.2 milyard manat) artaraq 14,4 milyard manat, təkrar bazar isə 35,8 faiz (2,7 milyard manat) artaraq 10,2 milyard manat olub.

Ümumilikdə, korporativ qiymətli kağızlar bazarı 40 faiz (1,5 milyard manat) azalıb, dövlət qiymətli kağızlar bazarına isə 2,2 dəfə (72 milyard manat) artım müşahidə edilib. Korporativ qiymətli kağızlar bazarının həcmində azalma əsasən 2 amillə izah olunur:

1. 2017-ci ilin yanvar ayında Azərbaycan Beynəlxalq Bankının səhmdar kapitalına 600 milyon manat həcmində investisiyanın edilməsi;

2. 2017-ci il ərzində ilkin bazarda Azərişıq ASC və Aqrolizinq ASC tərəfindən müvafiq olaraq 0.6 milyard manat və 0,4 milyard manat, Aqrarkredit BOKT ASC tərəfindən isə 0.5 milyard manat həcmində təkrar bazarda istiqraz ticarəti.

Beləliklə, 2018-ci il ərzində korporativ qiymətli kağızlar bazarının səhm seqmentində əməliyyatların həcmi 54 faiz azalaraq 925 milyon manat təşkil edib. Bununla belə, səhmlərin təkrar bazarında bağlanan əqdlərin məbləği 2017-ci illə müqayisədə 73 faiz artaraq 277 milyon manat olub.

Korporativ qiymətli kağızlar bazarının digər seqmenti olan korporativ istiqrazlar bazarı isə 2017-ci illə müqayisədə 22 faiz azalaraq 1,3 milyard manat təşkil edib.

İl ərzində Milli valyutada ticarət olunan korporativ istiqrazların həcmi azalsa da, xarici valyutada ticarət olunan korporativ istiqrazların ilkin bazarı 3,7 dəfə artaraq 469 milyon manata çatıb. Bununla belə, manatla buraxılmış korporativ istiqrazların təkrar bazarında əməliyyatların həcmi 52 faiz azalaraq 438 milyon manat, xarici valyutada olan korporativ istiqrazların təkrar bazarının həcmi isə 51 faiz azalaraq 154 milyon manat olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR