Mingəçevirdə beşmərtəbəli binada yanğın olub, 1 nəfər xilas, 10 nəfər təxliyə olunub

Mingəçevirdə beşmərtəbəli binada yanğın olub, 1 nəfər xilas, 10 nəfər təxliyə olunub
# 10 dekabr 2017 21:25 (UTC +04:00)

Mingəçevirdə yanğın hadisəsi baş verib.

APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Mingəçevir şəhərində beşmərtəbəli yaşayış binasının 2-ci mərtəbəsində yerləşən ümumi sahəsi 20 m2 olan 1 otaqlı mənzildə 6 m2 sahədə ev əşyaları yanıb.

Yanğın zamanı yanğınsöndürənlər tərəfindən 1 nəfər xilas olunub və 10 nəfər bina sakini təhlükəsiz əraziyə təxliyə edilib. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.​

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR