Şəmkirdə yeniyetmə qız ağacdan yıxılaraq ağır xəsarət alıb

Şəmkirdə yeniyetmə qız ağacdan yıxılaraq ağır xəsarət alıb
# 14 oktyabr 2017 21:37 (UTC +04:00)

Şəmkirdə yeniyetmə ehtiyatsızlıq nəticəsində ağır xəsarət alıb. APA-nın qərb bürosunun verdiyi məlumat görə, rayonun Sabirkənd kənd sakini 2003-cü il təvəllüdlü Rüstəmova Nərgiz Elşən qızı döş qəfəsinin kəsilmiş-deşilmiş yarası xəsarəti ilə xəstəxanaya yerləşdirilib. Ona tibbi yardım göstərilib. Vəziyyətinin orta ağır olduğu bildirilir. Atasının dediyinə görə, xəstə nar yığan zaman ağacdan yıxılıb və şifer parçası onun döş qəfəsinə bataraq xəsarət yetirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR