Vyanada Tillerson və Lavrov arasında görüş keçiriləcək

Vyanada Tillerson və Lavrov arasında görüş keçiriləcək
# 01 dekabr 2017 21:33 (UTC +04:00)

Avstriyanın paytaxtı Vyanada ABŞ-ın dövlət katibi Reks Tillerson və Rusiya xarici işlər naziri Sergey Lavrov arasında görüş keçiriləcək.

APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə ABŞ Dövlət Departamentinin nümayəndəsi bildirib.

Onun sözlərinə görə, ikitərəfli görüş gələn həftə ATƏT Nazirlər Şurasının toplantısı çərçivəsində baş tutacaq.

“Söhbət zamanı Şimali Koreya, Ukrayna və təbii ki, Suriyadakı vəziyyət müzakirə olunacaq. Görüş dekabrın 7-ə planlaşdırılıb, lakin bu tarix dəyişə də bilər”, deyə diplomat bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR