Hindistanda itkin düşmüş 350 balıqçı xilas edilib

Hindistanda itkin düşmüş 350 balıqçı xilas edilib
# 03 dekabr 2017 23:58 (UTC +04:00)

Hindistanın cənub-qərb hissəsində tüğyan edən “Okxi” qasırğası nəticəsində itkin düşmüş 350-dən çox balıqçı xilas edilib. . APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə ölkənin müdafiə naziri Nirmala Sitxaraman bildirib.

Məlumata görə, axtarış-xilasetmə əməliyyatlarına Hindistan Hərbi-Dəniz Qüvvələri, sahil mühafizəsi və Hərbi-Hava Qüvvələri cəlb edilib. Ümumilikdə dəniz itkin düşmüş 357 balıqçı xilas edilib.

Təbii fəlakət nəticəsində azı 14 nəfər ölüb, yüzlərlə şəxs xəsarət alıb. Onlarla insan itkin düşmüş hesab edilir. Axtarış-xilasetmə əməliyyatları davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR