Azərbaycan Beynəlxalq Bankı tender keçirir

Azərbaycan Beynəlxalq Bankı tender keçirir
# 01 dekabr 2017 05:39 (UTC +04:00)

"Azərbaycan Beynəlxalq Bankı" ASC açıq tender elan edir.

"APA-Economics" Tender komissiyasının yaydığı elana istinadən xəbər verir ki, tender 1 lot üzrə keçirilir:

"Azərbaycan Beynəlxalq Bankı" ASC-nin müştəriləri tərəfindən ödəniş terminalları vasitəsilə kredit, cari və kart hesablarına ödənişlərin aparılması üçün vəsaitlərin toplanılması ilə bağlı xidmətlərin satınalınması.

Tender iştirakçılarına təklif edilir ki, öz təkliflərini möhürlənmiş, imzalanmış şəkildə ikiqat zərflərdə yazılı surətdə təqdim etsinlər.

Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar.

Tenderdə iştirak haqqı 100 manatdır. İştirak haqqı heç bir halda geri qaytarılmır.

İddiaçılar tenderdə iştirak etmək üçün müvafiq sənədləri 14 dekabr 2017-ci il saat 17:00-dək, tender təklifi və bank təminatını isə möhürlənmiş ikiqat zərflərdə 20 dekabr 2017-ci il saat 17:00-dək Bakı şəhəri, Nəsimi rayonu, Nizami küçəsi, 67 nömrəli ünvana təqdim etməlidirlər.

Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaq.

İddiaçıların təklifləri 21 dekabr 2017-ci il saat 11:00-da Bakı şəhəri, Nəsimi rayonu, Nizami küçəsi, 67 nömrəli ünvanda açılacaq. İddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR