Rusiya və İran prezidentləri Suriyadakı vəziyyəti müzakirə edib

Rusiya və İran prezidentləri Suriyadakı vəziyyəti müzakirə edib
# 09 aprel 2017 15:20 (UTC +04:00)

Bu gün Rusiya prezidenti Vladimir Putin və İran prezidenti Həsən Ruhani arasında telefon danışığı olub.

APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

Rusiya və İran prezidentləri ABŞ-ın Suriya aviabazasına raket zərbəsi endirməsini və Suriyanın İdlib şəhərində kimyəvi silah tətbiqi ilə bağlı olayı müzakirə ediblər. Məlumatda qeyd edilir ki, Rusiya və İran prezidentləri ABŞ-ın müstəqil dövlət olan Suriyaya raket zərbəsi endirməsini beynəlxalq hüquq normalarının pozulması kimi qiymətləndiriblər. Eyni zamanda aprelin 4-də Suriyanın İdlib vilayətində kimyəvi silahla bağlı olayın qərəzsiz, hərtərəfli araşdırılmasını vacib sayıblar. V. Putin və H. Ruhani Suriya böhranının siyasi-diplomatik həlli istiqamətində sıx əlaqələri davam etdirməyin vacib olduğunu vurğulayıblar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR